FİFA rəsmi saytında Rusiya və Ukrayna klubları ilə müqavilələri birtərəfli qaydada dayandırmaq üçün əcnəbi futbolçu və məşqçilərə icazənin uzadıldığını açıqlayıb. FİFA-nın rəsmi açıqlamasında deyilir ki, bu qayda 2026-cı il iyunun 30-dək uzadılıb. Xatırladaq ki, FİFA əcnəbi futbolçulara 2022-ci ilin yayında Rusiya və Ukrayna klubları ilə müqavilələri dayandırmağa icazə verib.
Mətləb