"Çelsi" 70 milyon avroya 23 yaşlı futbolçu transfer etdi

London təmsilçisi olan "Çelsi" klubu yeni transferini açıqlayıb. "Zadəganlar" 23 yaşlı braziliyalı futbolçu Joao Pedronu heyətinə qatıblar. Braziliyalı futbolçu ilə 2033-cü ilin iyununa qədər müqavilə imzalanıb. İngiltərə mətbuatı yazır ki, "Çelsi" 30 oyunda 10 qol vurub 7 məhsuldar ötürmə edən 23 yaşlı hücumçu üçün "Brayton"a ümumilikdə 60 milyon funt-sterlinq (təqribən 70 milyon avro) ödəyəcək.
Mətləb