Parataekvondoçularımıza Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi dəvət!

Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində 2-10 iyul tarixlərini əhatə edən beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək. Bu barədə baki-xeber.com-a Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçunun xüsusi dəvət ilə qatıldığı təlim-məşq toplanışında paralimpiyaçılarımız Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) da iştirak edəcək.
Leyla QARAXANLI