Alvaro Moratanı ölümlə təhdid edən azarkeş yaxalandı

Futbol üzrə İspaniya millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Alvaro Moratanı təhdid edən azarkeş saxlanılıb. Nüfuzlu "Marca" nəşrinin yazdığına görə, 19 yaşlı gənc sosial şəbəkə hesabına müdaxilələr olduğunu əsas gətirərək polisə müraciət edib.
Lakin istintaq zamanı onun ifadəsində uyğunsuzluq aşkarlanıb. Araşdırmalar nəticəsində fanatın özünün futbolçunu təhdid etdiyi üzə çıxıb.
Mətləb