İngilis klubu 2 milyon funt sterlinq cərimələndi

İngiltərə Premyer Liqası "Mançester Siti"ni 2 milyon funt sterlinq məbləğində cərimələyib. Bu barədə İngiltərə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Məlumatda göstərilir ki, qurumun belə qərar verməsinə səbəb isə “Mançester Siti”nin matçların vaxtında başlaması və bərpası ilə bağlı öhdəliklər baxımından çempionat reqlamentini pozmasıdır. Klub qaydalara riayət etmədiyini etiraf edib.
"Şəhərlilər" 2,09 milyon funt sterlinq (təqribən 2,4 milyon avro) cərimə ödəməli olacaqlar. Son mövsümdə “Mançester Siti”nin matçın başlamasını və ya onun bərpasını 9 dəfə gecikdirdiyi vurğulanır.
Mətləb