“Neftçi” 29 yaşlı futbolçu transfer etdi

“Neftçi” yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib. Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda "ağ-qaralar" keçib. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü “Apollon Limassol”da (Kipr) keçirib.34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.
Mətləb