Ronaldo qocalmaq bilmir - almanlara qol vurdu, Portuqaliya finala çıxdı!

UEFA Millətlər Liqasında yarımfinal mərhələsində ilk qarşılaşma keçirilib. Almaniya millisi Münxendə Portuqaliya ilə qarşılaşıb. Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Görüşdə hesab 48-ci dəqiqədə açılıb. Florian Virts almanları önə keçirib. Lakin məğlubiyyətlə barışmayan qonaqlar 2 qol vuraraq, hesabı öz xeyirlərinə dəyişiblər. 63-cü dəqiqədə Fransişku Konseysau, bundan 5 dəqiqə sonra isə Kriştianu Ronaldu rəqib qapısına yol tapıblar. Əzmkar qələbə qazanan Portuqaliya millisi finala yüksəlib.
Mətləb