Neymar Braziliyada qalmaqal yaratdı - meydandan qovuldu!

Ulduz futbolçu Neymar Braziliyada qalmaqal yaradıb. Hadisə Braziliya A seriyasının 11-ci turu çərçivəsində "Santos" "Botafoqo" ilə qarşılaşması zamanı baş verib. Matçda "Botafoqo" 1:0 hesabı ilə qalib gəlib.
"Santos"un formasını geyinən Neymar bu görüşdə meydandan qovulub. 76-cı dəqiqədə 33 yaşlı futbolçu topu əli ilə rəqib qapısına göndərib. Bu hərəkətinə görə Neymar ikinci sarı vərəqəni alıb. Qeyd edək ki, Neymar bu ilin yanvarında sabiq klubu "Santos"a qayıdıb.
Mətləb