Bu axşam Çempionlar Liqasının finalı olacaq

Bu gün UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulacaq. Turnirin final oyununda Fransanın PSJ və İtaliyanın "İnter" komandaları üz-üzə gələcək.
Almaniyanın Münxen şəhərindəki "Alyans Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü Macarıstan əsilli rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Mətləb