Bu axşam Konfrans Liqasının finalı olacaq

Bu gün UEFA Konfrans Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşəcək. Final görüşündə İspaniya "Betis"i İngiltərə "Çelsi"si ilə üz-üzə gələcək. Polşadakı "Vrotslav" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşmanı Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edəcək.
Mətləb