17 yaşı var, La Liqada tarix yazır...

"Barselona" klubunun vingeri Lamin Yamal La Liqanın 2024/2025 mövsümündə ən çox məhsuldar ötürmə verən oyunçu olub. İspaniya idman nəşrlərinin yazdığına görə, son İspaniya çempionunun heyətində çıxış edən 17 yaşlı futbolçu ölkə çempionatında meydana çıxdığı 35 oyunda 13 məhsuldar ötürməyə imza atıb.
İkinci yerdə 10 assistlə Rafinya (“Barselona”) və Aleks Baena (“Vilyarreal”) qərarlaşıb. Vinisius Junior, Cud Bellinqem (hər ikisi “Real”), İsko (“Betis”) və İnyaki Uilyams (“Atletik”) hərəyə 8 məhsuldar ötürmə ilə üçüncü yeri bölüşüblər.
Mətləb