"Fənərbağça" basketbol üzrə Avroliqanın qalibi olub

Basketbol üzrə Avroliqanın qalibi bəlli olub. Final qarşılaşmasında Türkiyənin "Fənərbağça" klubu ilə Fransanın "Monako" komandası üz-üzə gəliblər.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən” Etihad Arena”da keçirilən görüş İstanbul təmsilçisinin 81:70 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "sarı-lacivərdlilər" ikinci dəfə Avroliqanın çempionu adına sahib çıxıblar.
Mətləb