Misli Premyer Liqasında mövsümün sonuncu - 36-cı turunun matçları davam edir. İkinci gündə daha iki oyun keçiriləcək. Əvvəlcə artıq çempionluğu rəsmiləşdirən “Qarabağ” səfərdə 7-ci pillədəki “Şamaxı”nın qonağı olacaq. Cari mövsüm bu klubların qarşıdurmasında Ağdam klubunun aşkar üstünlüyü var. Qurban Qurbanovun komandası hər üç matçda rəqibinə qalib gəlib - 3:0, 1:0, 3:2.
Daha sonra isə “Sabah” “Neftçi”ni qəbul edəcək. Bu görüşdə beşinci yerin sahibi müəyyənləşəcək. Hazırkı mövqeyini qorumaq üçün “Sabah”a heç-heçə də kifayət edir.
Mətləb