40 yaşlı portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo adından söz etdirməyə davam edir. “Əl-Nəsr”in hücumçusu bu dəfə vurduğu qollarla deyil, bədən quruluşu ilə diqqət mərkəzinə düşüb. Ulduz futbolçunun bədəni xüsusi cihaz vasitəsilə müayinə olunub.
İngilis mediasının yazdığına görə, bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 33 qol vuran portuqaliyalı futbolçunun bədəni vərdişləri, məşqi və fiziologiyası əsasında qiymətləndirilib. Cihaz Ronaldonun bioloji yaşının 28 il 9 ay olduğunu göstərib.
Mətləb