"Liverpul" İngiltərə Premyer Liqasında antirekorda imza atıb. Bu nəticə, Mersisayd təmsilçisinin XXXVII turda "Brayton"a yenilməsi (2:3) sayəsində mümkün olub.
"Qırmızılar" qızıl mükafatı təmin etdikdən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komandadır. "Liverpul" daha əvvəl "Arsenal"la heç-heçə (2:2) edib, "Çelsi"yə isə məğlub (1:3) olub.
Mətləb