Mövsümü pis nəticələrlə bitirməkdə olan "Neftçi" rekorda imza atıb. "Ağ-qaralar" Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb. Samir Abasovun yetirmələri XXXV turda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
“Ağ-qaralar” sonuncu böyükhesablı qələbəni də ötən mövsümün XXXV turunda, mayın 18-də elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdı. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub. Bununla da, “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb.
Mətləb