"Agentimə dedim ki..." - Mahir Emreli "Bild"ə danışdı

Milli futbolçumuz Mahir Emreli gələcək planları barədə danışıb. 27 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlama verib. Forvard II Bundesliqanın XXXIV turunda "Ayntaxt" (Braunşveyq) komandasına qarşı görüşdən sonra danışıb. SİTAT: "Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".
Emreli gələcək planları barədə də danışıb: "Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".
Mətləb