Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında 32-ci turun oyunları keçirilir. “Əl Nəsr” öz meydanında “Əl Tavon”la qarşılaşıb. Kriştianu Ronaldo zədə səbəbindən ardıcıl ikinci matçda komandasına kömək edə bilməyib. Ronaldosuz meydana çıxan “Əl Nəsr” 1:1 hesablı nəticəyə razılaşıb. Bu nəticədən sonra xallarının sayını 64-ə çatdıran “Əl Nəsr” dördüncü pillədə qərarlaşıb.
Mətləb