"Barselona"nın futbolçusu Lamin Yamal yeni rekorda imza atıb. Gənc futbolçu tarixdə 18 yaşını tamamlamamış La Liqanı iki dəfə qazanan ilk futbolçu olub. Bu, ötən gün La Liqanın XXXVI turunda Kataloniya klubunun "Espanyol" üzərində qələbəsi (2:0) sayəsində reallaşıb. "Barselona"nın çempionluğunun rəsmiləşdiyi matçda bir qol və məhsuldar ötürmə ilə yadda qalan futbolçu ilk belə titulunu iki il əvvəl, əsas komandada debütündən qısa müddət sonra qazanıb.
Mətləb