Futbol üzrə İspaniya La Liqasında 2024/25 mövsümünün çempionu müəyyənləşib. "Barselona" klubu tarixində 28-ci dəfə çempionluq tutuluna sahib olub. Kataloniya təmsilçisi La Liqanın 36-cı turunda "Espanyol"a 2:0 hesabı ilə qalib gəlib. Bununla da Hans Diter-Flikin komandası sona 2 tur qalmış xallarının sayını 85-ə çatdırıb və ən yaxın izləyicisi "Real"ı 7 xal qabaqlayıb.
Mətləb