Daha bir ulduz futbolçu şantajla üzləşib. Bu dəfə İngiltərənin “Tottenhem” klubunun və Cənubi Koreya millisinin lideri Son Hın Min öz ölkəsində şantaj cəhdinə məruz qalıb. "The Korea Times" nəşrinin xəbərində deyilir ki, ulduz futbolçu 20 yaşlı qadını və onun 40 yaşlı şərikini şantaj cəhdində ittiham edərək, Seul polisinə rəsmi şikayət ünvanlayıb. Vəkillərin açıqlamasına görə, 2024-cü ilin yayında qadın 32 yaşlı futbolçudan hamilə qaldığını bildirib və susmaq qarşılığında külli miqdarda pul tələb edib. Lakin sonradan hamiləlik barədə məlumat təsdiqini tapmayıb və bunun planlı şəkildə şantaj olduğu üzə çıxıb. Seul polisi qısa müddətdə hər iki şübhəlini saxlayıb.
Mətləb