Fransanın PSJ klubu, keçmiş hücumçusu Kilian Mbappeni komandanın imicinə vurulan zərərə görə 98 milyon avro təzminat tələbi ilə məhkəməyə verib. “RMC Sport”un xəbərində deyilir ki, mayın 12-də klubun vəkilləri məhkəmədən Mbappenin PSJ-dən maaş və bonuslar kimi tələb etdiyi 55 milyon avronun ödənilməsi ilə bağlı qərarın ləğv olunmasını israrla istəyiblər. Klubun hüquqşünas komandası Mbappenin bu məbləğin klubdan alınmasını əsaslandıracaq yetərincə sübut təqdim etmədiyini bildirir. Klub nümayəndələri hesab edirlər ki, əksinə, məhz futbolçu PSJ-yə vurduğu imic zərərinə görə onlara pul ödəməlidir.
Mətləb