Futbol üzrə İspaniya millisinin futbolçusu olan 17 yaşlı Lamin Yamal "Barselona" klubunda yeni rekorda imza atıb. Gənc vinger buna evdə İtaliyanin "İnter" komandası ilə heç-heçə etdikləri (3:3) Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında meydana çıxmaqla nail olub. Kataloniya təmsilçisində 100-cü qarşılaşmasına çıxan 17 yaşlı oyunçu bu rəqəmə ən tez çatan futbolçudur. Əvvəlki rekord Qaviyə (19 yaş, 30 gün) məxsus olub.
Mətləb