"Barselona"nın vingeri Lamin Yamal karyerasını İngiltərədə davam etdirə bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Sən demə İngiltərənin “Mançester Siti” klubunun ərəb sahibi Şeyx Mansur şəxsən 18 yaşlı hücumçunu transfer etməkdə maraqlıdır və transfer üçün Kataloniya təmsilçisinə 275 milyon avro təklif edib. Qeyd edək ki, keçid reallaşacağı təqdirdə Yamalın transferi futbol tarixinin ən bahalı transferi ola bilər.
Mətləb