Bu gün Türkiyənin Antalya şəhərində Türkiyə Açıq Beynəlxalq Turniri keçirilib. Ölkəmizi turnirdə K44 kateqoriyasında təmsil edən parataekvondoçumuz Orxan Cəfərov (80 kq) bürünc medal qazanıb. Bu barədə baki-xeber.com-a Milli Paralimpiya Komitəsindən məlumat verilib. Yarışa 1/8 finaldan start verən O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də, yarımfinalda mübarizəni dayandırıb. Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.
İradə SARIYEVA