Braziliyanın "Santos" klubunun yeni hücumçusu Neymar 10 nömrə altında çıxış edəcəyini bildirib. "Kral Pele, sizin istəkləriniz mənim üçün əmrlərir. Taxt və tac həmişə sənin olacaq. Çünki sən əbədisən. Amma 10 nömrə. "Santos" və dünya üçün çox şey ifadə edən müqəddəs köynəyi geyinmək şərəf olacaq. Mən sizin əfsanəni anmaq üçün mümkün olan hər şeyi etməyə söz verirəm kral Pele", - Neymar Braziliya klubunun mətbuat xidməti tərəfindən yayımlanan videoda deyib.
Mətləb