Braziliya millisinin üzvü Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından ayrılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Sambaçı"nın sabiq komandası "Santos"a (Braziliya) geri dönəcəyi gözlənilir.Qeyd edək ki, 2023-ci yayında "Əl-Hilal"a transfer olunan hücumçu zədə səbəbindən ümumilikdə 7 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb