"Daily Mail" nəşri "Real" - "Barselona" derbisi ilə bağlı maraqlı iddia irəli sürüb. Nəşrin yazdığına görə, "Kamp Nou" stadionunda aparılan təmir işləri üzündən növbəti derbi qarşılaşması başqa ölkədə keçirilə bilər. İngilis nəşri yazır ki, "Kamp Nou" stadionunda işlər matçın nəzərdə tutulduğu may ayına qədər başa çatmayacaq. Bu səbəbdən rəhbərlik alternativ yer axtarmağa məcburdur.
Mümkün variantlardan biri tutumuna görə (90 min tamaşaçıdan çox) Avropada "Kamp Nou"dan sonra ikinci yerdə olan İngiltərənin "Uembli" stadionudur. Rəhbərlik həmçinin hesab edir ki, "Uembli" "Barselona" azarkeşlərinin qəlbində xüsusi yer tutur. Çünki kataloniyalılar bu stadionda 1992-ci ildə Avropa Çempionlar kubokunun, 2011-ci ildə isə Çempionlar Liqası finalının qalibi olublar.
Mətləb