"Mançester Siti" futbol üzrə Özbəkistan millisinin üzvünü heyətinə cəlb edə bilər. Söhbət Fransanın "Lans" klubunda çıxış edən 20 yaşlı müdafiəçi Abdukodir Xusanovdan gedir. Bu barədə tanınmış futbol insayderi Fabritsio Romano X sosial şəbəkəsindəki səhifəsində yazır. Mənbənin məlumatına görə, "Mançester Siti" futbolçunu yanvarda potensial transferlər siyahısına daxil edib. Bir sıra digər TOP-klubların da Xusainova maraq göstərdiyi vurğulanır. Xüsainov 2023-cü ildən "Lans"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.
Mətləb