Türkiyənin "Qalatasaray" klubu İtaliyanın "Roma" komandasının futbolçusu Paulo Dibala ilə danışıqlara başlayıb. Türkiyə mediasının yazdığına görə, argentinalı futbolçunun meneceri Karlos Novel bununla bağlı İstanbula səfər edib. O, İstanbul klubunun rəhbərliyi ilə ilkin danışıqlar aparıb.
Futbolçunun meneceri ötən gün "Qalatasaray"ın "Trabzonspor"u 4:3 hesabı ilə məğlub etdiyi Superliqa oyununu da tribunadan canlı izləyib.
Mətləb