Cümə günü, 21 avqust 2026
     

Səid Nəcəfzadə - 10 yaşdan başlamış atletika karyerası, dünya, olimpiya çempionluğu...

Image


Səid Nəcəfzadə: "Paris Paralimpiya oyunlarında əsas hədəfim himnimizi səsləndirmək idi, bunu bacardım və himnimizi səsləndirdim"

Azərbaycan paralimpiyaçıları sübut edir ki, idmanda uğur qazanmaq, nailiyyətlər əldə etmək çətin deyil, təki zəhmətini, əməyini, enerjini əsirgəmə, iradəli ol, cəsarətini göstər. "Bakı-Xəbər" olaraq istedadlı, bilikdə, idmanda, incənətdə böyük müvəfəqiyyətlərə imza atan uşaq və gənclərin uğurlu həyat hekayəsi, heyrətamiz həyat mübarizəsi barədə silsilə yazılar veririk. 

Təbii ki, bizim bir parçamızı təşkil edən əlilliyi olan uşaq və gənclərimizi də unutmuruq. Onların qazandıqları uğurların mahiyyəti, əhəmiyyəti daha möhtəşəmdir. Onlar bu cəmiyyətin ən sağlam əqidəli, ən sağlam düşüncəli insanlarıdır. Bu insanların ürəkləri o qədər böyükdür ki, o ürəkdən doğulan sevgi də nəhayətsizdir, sonsuzdur. Onlar vətəni təmənnasız sevdikləri üçün vətən də onları qanadları altına alır... 

"Çempionluq hissi qürurverici bir hissdir və bu zirvəni fəth etməyi davam etdirmək istəyirəm"

Uğurlu idman karyerası ilə, böyük-böyük arenalarda göstərdiyi hünərlərlə fərqlənən, qaliblər sırasında yer tutan budəfəki qəhrəmanımız   2024-cü il Paris Yay Paralimpiya Oyunlarında kişilər arasında uzunluğa tullanma T12 kateqoriyasında Paralimpiya çempionu Səid Nəcəfzadədir. 

"Hər yerdə xalqımın dəstəyini gördüm" deyib xalq məhəbbətindən güc aldığını deyən, qələbəsini Vətənimizə həsr edən Səid Əli oğlu  Nəcəfzadə 1999-cu il yanvarın 14-də Sumqayıt şəhərində anadan olub. 2005–2016-cı illərdə Sumqayıt şəhərində F. Piriyev adına 18 nömrəli tam orta məktəbdə təhsil alan Səid Nəcəfzadə, ali təhsilini 2016–2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİAA) alıb. 

"İdmana həmişə həvəsim olub, uşaq yaşlarından idman yarışlarını izləməyi çox xoşlayırdım. 10 yaşımdan isə atletika ilə məşğul olmağa başladım"-deyən Səid bildirdi ki, hər zaman ailəsindən və məqçisindən güclü dəstək görüb: "Dəstəyinə görə ailəmə, məşqçim Vladimir Zayetsə, üzvü olduğum "Neftçi" idman klubuna  təşəkkür etmək istəyirəm.

Ailəm mənə həmişə yaxından  dəstək olub".

Bu idman növü Səid üçün hava-su qədər doğmadır. Deyir ki, məşğul olduğu idman sahəsi artıq onun həyat tərzinə çevrilib: "Onsuz həyatımı heç təsəvvür də edə bilmirəm. İlk öncə hər kəs kimi bu idmana mən də əlavə məşğulliyyət və hobbi kimi başlamışdım. Bununla yanaşı dərslərimi də yaxşı oxuyurdum, kompüter elmlərinə marağım var idi. 15-16 yaşlarımda artıq seçim etməli idim və mən idman sahəsini seçdim. Əgər bu sahə olmasaydı, yəqin ki, IT mütəxəsisi və ya proqramçı olardım".

Səidin dediyinə görə, idman elə bir sahədir ki, burada insan özünü daha yaxşı tanıyır, öz bacarığını, potensialını ortaya qoya bilir. "Gənclərə isə məsləhətim odur ki, sevdiyiniz, bezmədən və daima çalışa biləcəyiniz, həvəsiniz olan məşğulliyyət və peşənin ardınca gedin, davam edin".

Səidin iştirak etdiyi ilk paralimpiya oyunu 2020-ci ildə Tokioda keçirlən Yay Olimpiya Oyunları olub. Azərbaycanı təmsil edən yüngül atletimiz 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. 

"Tokio 2020 iştirak etdiyim ilk paralimpiya oyunlarım idi. Birinci dəfə idi ki, belə mötəbər yarışda iştirak edirdim.O zaman da əliboş qayıtmadım. Növbəti illərdə isə artıq dünya çempionu oldum. Paris Paralimpiya oyunlarında əsas hədəfim himnimizi səsləndirmək idi, bunu bacardım və himnimizi səsləndirdim".

Bəs paralimpiya çempionumuzun gələcək arzuları nədir, nələri hədəfləyir? 

"Arzumu demək istəməzdim. Növbəti və gələcək hədəflərim isə, hələ ki, 2028-ci ilə kimi məşqlərimi davam etdirib, yarışlarda uğurlu çıxış etməyi davam etdirməkdir. Çempionluq hissi qürurverici bir hissdir və bu zirvəni fəth etməyi davam etdirmək istəyirəm.

Bu nəticəni əldə etməyimdə ən böyük rolu olan  məşqçimdir. Onunla bu nəticəni əldə etmək üçün uzun yol qət etmişik.

Biz idmançıların da vəzifəsi daima dalğalanacaq olan bayrağımızı və himnimizi idman arenalarında səsləndirməkdi. Vətənim, ölkəm üçün nəsə edə bilmişəmsə və bunun qarşılığında ölkə başçısı tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşamsa, bu, əvəzolunmaz və fəxrediləsi bir hissdir. Cənab Prezidentə məni təltif etdiyinə görə təşəkkürümü bildirirəm.

Bu, nəticəni əldə etmək üçün çəkilən əziyyətlərin  bəhrəsidir deyərdim. Bu cür uğurların arxasında isə böyük hekayələr durur. Parisdə də himnimizi səsləndirməyi bacarmağım sözlə ifadəolunmaz bir hiss idi mənim üçün". Qəhrəmanımız deyir bütün bunları. 

Şəxsi məşqçisi Vladimir Zayets olan atletimizin uğurlu həyat hekayəsini zəngiləşdirən idman nəticələrini qeyd edərkən bildirək ki, o,  2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. 2024-cü il Paris Yay Paralimpiya Oyunlarında isə kişilər arasında uzunluğa tullanma T12 kateqoriyasında Paralimpiya çempionu adını qazanıb. Səid Nəcəfzadə 2016-cı ilin may ayında uzunluğa tullanma üzrə şəhər çempionatının qalibi, 2019-cu ilin iyul ayında Tunisdə baş tutan beynəlxalq turnirdə 6.80 metr nəticə ilə gümüş medala sahib olub. 2021-ci ilin iyun ayında Səid Nəcəfzadə Polşada baş tutan Avropa Çempionatında 6.96 metr nəticə ilə turnirin qalibi kimi adını tarixə yazdırdı. 

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Səid Əli oğlu Nəcəfzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

2024-cü ildə Yaponiyada keçirilmiş dünya çempionatında T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,30 metr nəticə ilə qızıl medal qazanıb. Bu uğurlu nəticəni atletimiz avqust-sentyabr aylarında keçirilən 2024 Yay Paralimpiya Oyunlarında T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,27 metr nəticə ilə Paralimpiya oyunlarında çempion olmaqla təkrarlayıb. 

Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Səid Nəcəfzadəyə XVII Yay Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 manat, məşqçisinə isə 100 000 manat pul mükafatı verilib. Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

25 yaşlı idmançımızın uğurlu həyat hekayəsi, mübarizə və əzmkarlıq dolu karyera yolu gəncliyə gerçək bir nümunədir. Səid kimi çempionlar cəmiyyətə, gəncliyə çox ciddi mesajlar ötürürlər ki, zəhmətlə, böyük əmək sərf etməklə, məsuliyyətlə, iradə və əzmlə, bir də xalqına, dövlətinə sevgi ilə olimp zirvələrini fəth etmək mümkündür...

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı ticarətdə dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 17:04
Haqq savaşımızın ölümsüzlüyə qovuşan qəhrəman oğlu – Xəyal Nuri...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ