Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən "Ümid" və "Alpman" taekvondo klublarının açıq birinciliyi uğurla yekunlaşdı. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib. Tamaşaçılar üç gün ərzində gələcəyin ulduz taekvondoçularının əzmkar və yüksək rəqabət şəraitində keçən çıxışlarını maraqla izlədilər. Yarışın yekununda ilk 5 yerə çıxmış komandalar kuboklarla təltif edildilər.
"Ümumi hesabda mükafatlandırılan komandaların siyahısı:
I yer - "Zhash Batyr" (Qazaxıstan)
II yer - "Abşeron" TK
III yer - Təhsil RİM Sumqayıt
IV yer - "Asiman" TK
V yer - "Ali-Mehdi" TK
Qalib və mükafatçıları təbrik edir, gələcək idman karyeralarında uğurlar arzulayırıq!"-deyə məlumatda bildirilir.
İradə SARIYEVA