Cümə günü, 21 avqust 2026
     

Məşhur parataekvondoçumuz Los-Anceles 2028-ə hazırlaşır… - FOTO

Image


Sabir Zeynalov: "Əlimdən gələni edəcəyəm ki, 2028-ci ildə Vətənə qızıl medalla qayıdım"

Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası çox uğurlu nəticələr verir. "Bakı-Xəbər" olaraq bu qəbildən olan uşaq və gənclərlə bağlı yazılar təqdim edirik və onların nümunəvi uğur hekayələrini sizinlə bölüşürük. 

Qəhrəmanımız - 19 yaşlı Sabir Elniz oğlu Zeynalov Paris-2024 Paralimpiya Oyunlarında bürünc medal qazanıb, parataekvondo üzrə dünya üçüncüsüdür. Sabir Zeynalovun uğur hekayəsi çox maraqlıdır. 

Paris-2024 Paralimpiya Oyunlarında bürünc medal qazandığı üçün Prezident İlham Əliyevin Sərəncamı ilə Sabir III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Gənc parataekvondoçumuz Prezidentin onu bu şəkildə təltif etməsinin ona gələcəkdə daha böyük uğur qazanması üçün stimul olduğunu deyir. 

Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmasının özü üçün qürurverici bir yaşantı olduğunu deyən Sabir parataekvondo üzrə Azərbaycan milli komandasının üzvü Sabir Zeynalov bildirir ki, gələcəkdə daha böyük nəticələr əldə etməyi hədəfləyib. "Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarında daha yaxşı nailiyyət əldə etmək, yəni çempion olmaq üçün çalışacağam. Əlimdən gələni edəcəyəm ki, 2028-ci ildə Vətənə qızıl medal ilə qayıdım". Sabirin ən böyük arzusudur bu. 

"Ən çox əziyyətimi çəkən, mənə inanan, güvənən, stimul verən əsasən anam olub"

K44 əlillik kateqoriyasında və 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan para taekvondoçusu Sabir Zeynalov 2005-ci il iyulun 22-də Ağsu rayon Kalva kəndində anadan olub. "9 ildir ki, taekvondo idman növü ilə məşğul oluram. Bu idman növünə qolumu itirdikdən sonra gəlmişəm. Uşaq vaxtı dostlarımla oyun oynayanda yerə yıxıldım və qolum sındı. Bəzi səbəblərdən həkimə yox, sınıqçıya getməli oldum. Sınıqçı da gipsi bərk sıxdığı üçün qolum qanqren verdi. Sonra məlum, qolumu itirdim... Bu hadisə baş verəndə dördüncü sinfi bitirmişdim, beşinci sinfə keçirdim. 

Əlbəttə, bu mənim üçün çox ağır və çətin oldu. Təsəvvür edin ki, nə qədər çətinliklərlə üzləşdim. Ailəm həmişə mənə dəstək oldu. Ən çox dəstəyi də anamdan görmüşəm. İdmana aparıb-gətirən, ən çox əziyyətimi çəkən, mənə inanan, güvənən, stimul verən əsasən anam olub. Məndən başqa iki qardaşım da var. Kiçik qardaşım da elə bu idman növü ilə məşğul olur". 

Sabir bildirir ki, baş verən hadisədən sonra dərslərindən geri qalmamaq üçün məktəbə gedib. 313 saylı tam orta məktəbdə təhsilini davam etdirən gələcək idmançı bədən tərbiyəsi müəlliminin diqqətini çəkib, beləliklə də Sabirin taekvondoya yolu başlayıb: "Həm idman müəllimim, həm mənim şəxsi məşqçim olan Vüqar Şükürov oxuduğum məktəbdə idman dərsi keçirdi. Məni gördü və məşqə dəvət etdi, ondan sonra onun yanında məşq etməyə başladım. İlk dövrlər kiçik yarışlara, turnirlərə çıxırdım. 2018-ci ildə Azərbaycan Parataekvondo yığma komandasının baş məşqçisi Fərid Tağızadə tərəfindən professional olaraq yığma komandaya dəvət aldım. O vaxtdan bəri də parataekvondo idman növünü professional şəkildə yerinə yetirirəm.  

2024-cü il Paralimpiya Oyunlarının, 2021-ci il Dünya Çempionatının və 2022-ci ilin bürünc mükafatçısı Sabir Zeynalov 2021-ci ilin dekabrında 16  yaşında ikən İstanbulda keçirilən Dünya Çempionatında Tokio 2020-nin gümüş mükafatçısını məğlub edərək bürünc medal qazanıb. Sabir o günləri də xatırlayır: "Çox sağ olsun ki, baş məşqçimiz yaşımın az olmasına baxmayaraq mənə etimad göstərdi. O yaşda dünya çempionatında öz yaşıdlarınla deyil, özündən yaşca böyüklərlə qarşılaşırsan. Çünki bizdə gənclər, yeniyetmələr deyilən bir şey yoxdur. 16 yaşını keçdinsə  parataekvondo idman növündə artıq böyük arenalarda, dünya və Avropa çempionatlarında özündən yaşda böyüklərlə döyüşürsən. Dediyim kimi, baş məşqçimiz Fərid Tağızadə mənə inandı və ilk olaraq dünya çempionatında yarışa çıxartdı və orda sınadı. Mənim üçün ilk beynəlxalq yarışım çox uğurlu oldu. Çünki misirli olimpiya ikincisi olan rəqibimi məğlub etdim, sonra rus təmsilçisinə qalib gəldim, ardınca brazilyalı Amerika çempionunu uddum və yarışda türkiyəli rəqibimə məğlub oldum. Amma 16 yaşımda dünya üçüncüsü oldum. Belə deyərdim, Sabir Zeynalovun olimpiadaya gedən yolunun başlanğıcının təməli o yarışda qoyuldu". 

İstanbulda qazandığı böyük uğurun davamını Sabir başqa beynəlxalq turnirlərdə gətirdi. 

2023-də Azərbaycan Respublikasının idman ustası, 2022-ci ilin mart ayında Tehranda keçirilən Prezident Kubokunda ikinci oldu. Həmin ilin may ayında Mançesterdə keçirilən Avropa çempionatında bürünc medal qazandı. 2022-ci ilin sentyabrında Zeynalov Parisdə keçirilən Qran Pridə gümüş medal sahibi oldu. Həmin ilin oktyabrında qəhrəmanımız  Mançesterdə keçirilən Qran Pridə üçüncü oldu. 2022-ci ilin dekabrında idmançı Ər-Riyadda keçirilən Qran Prinin final mərhələsinin qalibi oldu.

Bu qədər uğurlara imza atan azərbaycanlı gəncin uğurlu həyat hekayəsi bir nümunə deyilmi? Bu gün Sabir kimi olanlar az deyil. Sabirin əldə etdiyi nəticələr o uşaqlara və gənclərə böyük stimuldur, onlara ümid, qol-qanad verir, onları gələcəyə, sabaha inandırır. Onları təşviq edir ki, özünüzə qapanıb qalmayın, cəmiyyətə inteqrasiya edin, idmanla məşğul olun, çətinlikdən qorxmayın, hər çəkilən zəhmətin mütləq mükafatə var. Qəhrəmanımız sübut etdi ki, əsl zəhmət, əmək, istedad, gərgin məşqlər, uğurlar əldə etmək üçün göstərilən şücaət fiziki məhdudiyyəti məğlub edir, onu arxa plana atır.  

S.Zeynalov  2023-cü ilin iyulunda Fransanın Montargis şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb və bu yarışda 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına reytinq xalları verilib. Bundan başqa, 2023-cü ilin avqustunda Zeynalov Rotterdamda keçirilən Avropa çempionatında bürünc medal qazandı. Elə həmin ay Parisdə keçirilən Qran Prinin bürünc mükafatçısı, 2023-cü ilin sentyabrında isə  Meksikada Parataekvondo Qran Prisinin qalibi oldu. Həmin ilin dekabrında Azərbaycan çempionatının qalibi oldu.  2024-cü ilin yanvar ayında Zeynalov dünya reytinqində üçüncü yeri tutub.

12 yanvar 2024-cü il tarixində məlum olub ki, Sabir Zeynalov (58 kq) 2024-cü il Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. 2024-cü ilin fevralında Sabir Tehranda keçirilən Prezident Kubokunun bürünc mükafatçısı, 2024-cü ilin may ayında Vyetnamın Da Nang şəhərində keçirilən Asiya Açıq Çempionatında gümüş medal qazandı.

29 avqust 2024-cü ildə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında çıxış etdi. 1/4 finalda Yaponiya idmançısı Mitsuyu Tanakaya qalib gələn qəhrəmanımız yarımfinalda ikiqat Avropa çempionu türkiyəli Əli Can Özcana uduzdu. Bürünc uğrunda mübarizədə Azərbaycan para-taekvondoçusu Tailand təmsilçisi Tanva Kaenxama qalib gələrək Paralimpiya Oyunlarında para-taekvondo yarışında medal qazanan ilk Azərbaycan idmançısı olub. Onun qazandığı medal həm də 2024-cü ildə Parisdə keçirilən Oyunlarda Azərbaycanın ilk medalı olub.

Sabir Olimpiyadaya gedənə çox böyük zəhmətlə, mətanətlə böyük bir yol qət etdi. 19 yaşlı idmançımız bu uğurları ilə həm bizi, həm də doğmalarını sevindirdi. "Olimpiada yolu həqiqətən də çox çətin idi. Paris Olimpiadasına çox yaxşı hazırlaşmışdım. Amma çox təəssüflər olsun ki, qızıl medal qazana bilmədim. Ən böyük arzum qızıl medal əldə etmək idi. İndi də ən böyük arzum budur. Bunu gerçəkləşdirmək üçün səhvlərimizin üzərində işləməliyəm. Sağlıq olsun, bunu da edəcəyəm. Düzdür, olimpiyadan bürünc medalla Vətənə qayıtdım. Bəzən təəssüfləndiyim, bəzən sevindiyim məqamlar olur. Ona görə təəssüflənirəm ki, qızıl medal əldən getdi. Sevinirəm ki, medalsız qayıtmadım. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənimlə bağlı paylaşımını görəndə bu mənim üçün ayrıca çox böyük motivasiya oldu. Bu təbrik  bundan sonrakı yarışlarımda  mənim üçün böyük stimuldur. Mən Mehriban xanıma da, Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevə də çox təşəkkür edirəm. Prezidentimiz məni III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi. Prezidentin və Mehriban xanımın idman sahəsinə böyük diqqətləri, qayğıları var. Bunu biz görürük, hiss edirik. Bu böyük dəstəyə və motivasiyaya görə cənab Prezidentə və Mehriban xanıma təşəkkür edirəm.

Dediyim kimi, bu yolda uşaqlıqdan indiyə qədər mənə ən böyük dəstəyi anam göstərib. Bütün yarışlarımda mənə ən çox inan da anam olub. Ondan sonra məşqçilərimdən, məşq yoldaşlarımdan, dostlarımdan  dəstək görmüşəm. Onlar mənə böyük dəstək göstərdilər. Mən onların mənə olan inamını, gözlərindəki sevinci görürdüm. Bu mənə böyük motivasiya verdi".

Dünyada olimpiya üçüncüsü olmaq hissindən də danışan Sabir bildirdi ki, bəzən qazandığı medala baxıb çox kədərlənir, bəzən də çox sevinir, qürur hissi keçirir. Sabir ona görə kədərlənir ki, bundan daha yaxşısına layiq olduğunu və layiq olduğumuzu düşünür. "Dünya reytinqində üçüncü yerdə olmaq da, fikrimcə, çox yaxşı bir şeydir. Çünki bizim idman növündə Olimpiadaya lisenziya qazanmaq üçün reytinq olmalıdır. Bütün idman növlərində belədir. İlk altılıqa, səkkizlikdə, onluqda olmalısan ki, olimpiadaya vəsiqə qazanasan. Bizim idman növündə isə ilk altılıqda olmalısan. Mən də ilk üçlükdə olimpiadaya lisenziya qazanmışdım. Deyim ki, mən reytinqdə üçüncü olanda mənim 17 yaşım vardı. Dünya çempionatında isə 16 yaşımda idim. Sıfırdan başlayan bir idmançı il yarımda 58 kğ-da 60 nəfərin içində tədricən reytinqdə üçüncü oldu. Həqiqətən də bu mənim üçün də çox böyük bir şey idi. 

Uşaqlıqdan bəri ən böyük arzum olimpiadada qızıl medal qazanmaq idi. Çox təəssüf ki, Parisdə qazana bilmədim. Amma Los-Ancelesdə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Hazırkı məqsədim də Los-Anceles Olimpiadasından əvvəl olan dünya və Avropa çempionatlarında çempion olub bayrağımızı dalğalandırmaqdır. Ondan sonra digər yarışlarda çempion olmaqdır və olimpiadaya yenidən vəsiqə qazanmaqdır. Bundan sonra, dediyim kimi, ən böyük arzum 2028-ci ildə Los-Ancelesdə çempion olmaqdır".

Sabir inanır ki, 2028-ci ildə Vətənə çempion kimi dönəcək və bu qələbəsi ilə xalqımıza və ailəsinə, yaxınlarına böyük sevinc bəxş edəcək. O deyir ki, bunun üçün əlindən gələni edəcək. 

Mətin və cəsarətli idmançımız uşaq və gənclərə də səsləndi. "İstər fiziki məhdudiyyətli, istərsə də əlilliyi olmayan dostlarımıza, uşaqlara, gənclərə demək istərdim ki, siz də bizim kimi böyük arenalarda ölkəmizi təmsil edə bilərsiniz. İstər idman, istərsə də digər sahələrdə siz uğur qazanmaq imkanına maliksiniz. Sadəcə olaraq, özünüzə inanmağınız və qarşınıza məqsəd qoymağınız lazımdır. Bu ikisi olduqda əlinimdən gələn hər şeyi edərək bir çox nəticələr əldə edə bilərik. Bunun üçün çox çalışmaq lazımdır. Ən əsası da ki, özünə inanmaq lazımdır. Yəni burda çəkiniləsi, utanılası bir şey yoxdur. Əlil dostlarımız var, bəlkə də həm özləri, həm də valideynləri qorxurlar, utanırlar ki, biz bunu edə bilərik, yoxsa edə bilmərik. Amma burdan həm valideynlərə, həm də əlilliyi olan uşaq və gənclərə demək istərdim ki, burda qorxulu heç nə yoxdur. Çətindir bəli. Amma o çətinliyə qalib gəlməyə hər birimiz qadirik. Həm mən, həm  digər məşq yoldaşlarım, həm də bir çox nəticə verən idmançılarımız bunu sübut edirlər. Hər bir əlilliyi olan şəxs uğurlar əldə edə bilər".

19 yaşlı parataekvondoçumuz Sabir Zeynalovun  təsirli və cəsarət dolu uğur hekayəsinin böyük tərbiyəvi, maarifçi əhəmiyyəti var. Sabir sübut etdi ki, istedad, cəsarət, zəhmət, məqsədə, hədəfə çatmaq üçün göstərilən hünər fiziki problemi də dəf edə, insana böyük uğurlar, yaşamaq, fəaliyyət göstərmək eşqi verə bilir. Təki sönməyən istəyin olsun... 

İradə SARIYEVA 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 17:04
Haqq savaşımızın ölümsüzlüyə qovuşan qəhrəman oğlu – Xəyal Nuri...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ