Futbol üzrə UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək Fransanın "Lion" kollektivi qonaq komandanın azarkeşlərinin stadiona girişini qadağan edəcək. Belə ki, meydan sahibləri 7 il əvvəl baş vermiş insident və digər qayda pozuntularının təkrarlanmasının qarşısını almaq məqsədi ilə bu addımı atıb.
2017-ci ildə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Lion"un "Beşiktaş"ı qəbul etdiyi qarşılaşmada türkiyəli azarkeşlər tribunaların yuxarı mərtəbələrindən stadiona tərəf fişənglər atıblar. Bu səbəbdən matç başlamalı olduğu vaxtdan gec start götürüb.
Mətləb