"Yuventus" daha bir transfer həyata keçirib. İtaliya klubunun rəsi saytında yer alan məlumatda deyilir ki, Turin təmsilçisi "Atalanta"dan Teun Kompeynersi alıb. 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Yuventus" 51.3 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm bütün turnirlərdə 51 matçda iştirak edib, 15 qol vurub, 7 qolun ötürməsini verib.
Mətləb