"Sumqayıt" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Samir Abasovun komandası Macarıstanın "Fehervar" kollektivinin qonağı olacaq. "Mol Arena"da keçiriləcək qarşılaşma Bakı vaxt ilə saat 21:00-da start götürəcək.
Matçı isveçli referi Kristoffer Karlsson idarə edəcək. Xatırladaq ki, komandalar arasında Sumqayıtda baş tutan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mətləb