Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək. Günün ilk matçı Tovuzda olacaq. "Turan Tovuz" doğma azarkeşləri önündə "Sabah"ı qəbul edəcək. Bölgə klubu 36 xalla 7-ci, paytaxt təmsilçisi 40 xalla beşinci pillədə qərarlaşıb.
İkinci görüşdə çempionluğu rəsmiləşdirən "Qarabağ" "Səbail"i sınağa çəkəcək. "Köhlən atlar"ın 69 xalı var. "Dənizçilər" isə 36 xalla altıncıdır.
Mətləb