Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXIII turdan təxirə salınan oyun keçiriləcək. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Qəbələ" lider "Qarabağ"ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq matç "qırmızı-qaralar"ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın "sükanı arxasında" debüt oyunu olacaq. Baş hakim Tural Qurbanov saat 19:00-da oyunun start fitini səsləndirəcək.Mətləb