Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq. Son olaraq üç qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Meydan sahibləri 26 xalla 8-ci, qonaqlar 15 xalla sonuncu pillədə qərarlaşıblar. Çempionatda ardıcıl 8 matçda qələbə qazana bilməyən "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Görüş saat 17:15-də start götürəcək. Paytaxt klubu 31 xalla dördüncü, "gənclik şəhəri" təmsilçisi 34 xalla ikincidir.
Tura "Araz-Naxçıvan" - "Neftçi" oyunu ilə yekun vurulacaq. Bu matçın start fiti saat 19:30-da səslənəcək. Naxçıvan klubu 27 xalla yeddinci, "ağ-qaralar" 32 xalla üçüncüdür.
Mətləb