Futbol üzrə İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. Belə ki, başa çatan XXIII turda qapılara 45 qol vurulub. Bu, çempionat tarixində ilk belə göstərici olub. Əvvəlki rekord 2020/2021 və 2022/2023 mövsümlərinə təsadüf edib. Həmin mövsümlərdə futbolçular bir turda ümumilikdə 44 qola imza atıblar.
Qeyd edək ki, "Liverpul" hazırda 51 xalla liderdir.
Mətləb