Bakının "Neftçi" futbol klubu Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb. Peşəkar Futbol Liqasının rəsmi saytında bu barədə məlumat dərc edilib.1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt"a qalib gələn paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.Qeyd edək ki, "Neftçi" Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.
Mətləb Salahov