Hazırda "Sevilya"da çıxış edən keçmiş "Real" Madridli futbolçu Serxio Ramos La Liqada oyun sayına görə Lionel Messini geridə qoyub. Belə ki, təcrübəli müdafiəçi buna "Osasuna" ilə heç-heçə (1:1) etdikləri XXII turun matçında iştirak etməklə nail olub.
O, çempionatda 521-ci matçını keçirib. Messi 520 görüşdə meydanda olub. La Liqada oyun sayına görə rekordçular Andoni Subisarreta və Xoakin Sançesdir (hər ikisi 622 oyun).
Mətləb Salahov