"Barselona"nın müdafiəçisi İniqo Martines İspaniya kubokunun 1/16 final mərhələsində "Barbastro" ilə oyunda (2:3) zədələnib. "Sport.es" xəbər verir ki, sol budunda ağrılar olan futbolçu təxminən 5 həftə meydana çıxa bilməyəcək. Qeyd edək ki, İniqo matçın 64-cü dəqiqəsində meydana çıxsa da, 10 dəqiqə sonra zədələnərək əvəzlənib.
Mətləb