"Real"ın türkiyəli futbolçusu Arda Güler sabah Madrid təmsilçisində debüt edə bilər. İspaniya mətbuatının yazdığına görə, bu barədə Kral klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib. O deyib ki, Türkiyə millisinin üzvü İspaniya kubokunda "Arandina"ya qarşı matçda start heyətdə oynaya bilər.
Qeyd edək ki, sabah keçiriləcək "Arandina" - "Real" görüşü yerli vaxtla 21:30-da (Bakı vaxtı ilə saat 00:30) başlayacaq.
Mətləb