Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Azərbaycan təmsilçisi "Qarabağ"ın bu mərhələdəki rəqibi bəlli olacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn "Qarabağ" bu mərhədə Çempionlar Liqasında qrupu üçüncü sırada bitirən 8 komandadan biri ilə qarşılaşacaq:
"Qarabağ"ın potensial rəqibləri:
"Qalatasaray" (Türkiyə)"Lans" (Fransa)"Braqa"(Portuqaliya)"Benfika" (Portuqaliya)"Feyenoord" (Niderland)"Milan" (İtaliya)"Yanq Boyz" (İsveçrə)"Şaxtyor" (Donetsk, Ukrayna).
Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.
Mətləb