Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək. İlk oyun günündə 5 qarşılaşma baş tutacaq. Premyer Liqa təmsilçilərindən "Turan Tovuz" "Göygöl"ün, "Səbail" isə "Şəfa"nın müqavimətini qırmağa çalışacaq. Qalib komandalar 1/8 finala vəsiqə qazanacaqlar.
28 noyabr (çərşənbə axşamı)
13:30. "Karvan" – "Difai Ağsu"Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.Hakim-inspektor: Ömər Paşayev.AFFA nümayəndəsi: Mübariz Hüseynov.Yevlax şəhər stadionu (canlı, "CBC Sport")
13:30. "Araz Saatlı" – "İrəvan"Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.Hakim-inspektor: Asim Xudiyev.AFFA nümayəndəsi: İlham Əliyev.Saatlı Olimpiya İdman Kompleksinin stadionu (canlı, "AzPFL")
13:30. MOİK – "Cəbrayıl"Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.Hakim-inspektor: Ramil Diniyev.AFFA nümayəndəsi: Rüfət Əmirov.Binə qəsəbə stadionu (canlı, "AzPFL")
15:00. "Şəfa" – "Səbail"Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.Hakim-inspektor: Barış Şimşək.AFFA nümayəndəsi: Elman Musayev."ASCO Arena" (canlı, "AzPFL")
17:00. "Turan Tovuz" – "Göygöl"Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.Hakim-inspektor: Orxan Məmmədov.AFFA nümayəndəsi: Anar Şixəliyev.Tovuz şəhər stadionu (canlı, "CBC Sport")
Qeyd edək ki, II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq.
Mətləb Salahov