Futbol üzrə Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldo millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb. Portuqaliyalı ulduz futbolçu bu nəticəyə UEFA Millətlər Liqasının 1/4 finalında Danimarka üzərində qazanılan 5:2 hesablı qələbə matçında nail olub.
Hücumçu görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib. Bu oyundan sonra K.Ronaldo karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, Portuqaliya millisində 136 dəfə fərqlənib.
Mətləb