"Arsenal" 23 yaşlı futbolçuya yeni müqavilə təklif edir

İngiltərənin "Arsenal" klubu futbolçusu Bukayo Saka ilə müqavilənin müddətini uzatmağı planlaşdırır. London təmsilçisi 23 yaşlı hücumçu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, ötən ilin dekabrında zədələndiyi üçün əməliyyat olunub. Saka cari mövsüm bütün turnirlərdə 24 matça çıxıb, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb