Belçikanın Lommel şəhərində taekvondo üzrə keçirilən “Belgian open” beynəlxalq turnirində milli komandamızın üzvləri 6 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Mədinə Aslanlı (29 kq), Eda Eren (55 kq) ,Tapdıq Quluzadə (33 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq), Rəsul Cavadzadə (61 kq) qızıl, Yusif Nağızadə (57 kq) gümüş, Fidan Muxtarzadə (29 kq) , Aysu Aslanlı (41 kq) , Əbil Mehrəli (45 kq) və Fuad Həsənov (+65 ) bürünc medallara sahib çıxıblar.
Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyası məlumat verib İradə SARIYEVA