İngiltərənin “Mançester Yunayted” klubu yaxın vaxtlarda “Old Trafford” stadionunun əvəzinə yeni stadionun inşasına başlamağı planlaşdırır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Nəşrin məlumatında deyilir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi yaxın zamanda bu barədə rəsmi açıqlama verəcək. Yeni arenanın 100 min tamaşaçı tutumu olacağı planlaşdırılır.
“Mankunianlı və dünyanın ən məşhur memarlarından biri olan Norman Foster, doğrudan da, “Mançester Yunayted”in gələcəyi üçün ən simvolik stadion layihəsini yaradıb”, - məlumatda qeyd olunur.
Mətləb